• cümə, 19 Aprel, 21:49
  • Baku Bakı 24°C

ABŞ Konqresi Donald Trampın impiçmentinə dair səsverməni təxirə salıb

16.10.19 14:15 405
ABŞ Konqresi Donald Trampın impiçmentinə dair səsverməni təxirə salıb
ABŞ Konqresi Prezident Donald Trampın impiçmenti proseduruna icazə verilməsi barədə səsverməni təxirə salıb.
AZƏRTACFox News telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.
Bunun demokratlar üçün vacib məsələ olduğunu vurğulayan Nensi Pelosi deyib: "Səsvermənin ləngimədən keçirilməsinə heç bir tələbat yoxdur və bu səbəbdən təcili səsvermə keçirməyəcəyik”.
Xatırladaq ki, sentyabrın 24-də Nümayəndələr Palatasındakı demokratlar Donald Trampın impiçmenti üzrə formal təhqiqat prosedurunun başlaması təşəbbüsü ilə çıxış ediblər. Onlar dövlət başçısını gələcək prezident seçkilərində əsas rəqibi Cozef Baydenə qarşı təhqiqatın aparılması məqsədilə Ukraynaya təzyiq etməkdə günahlandırırlar.
banner

Oxşar Xəbərlər