• çərşənbə, 24 Aprel, 22:23
  • Baku Bakı 23°C

ABŞ kəşfiyyatı 70 faiz əməkdaşını buraxdı - Şok

02.10.13 07:53 1017
ABŞ kəşfiyyatı 70 faiz əməkdaşını buraxdı - Şok
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Hill” qəzeti kəşfiyyat idarəsinin yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Milli kəşfiyyatın rəhbərinin nümayəndəsi Şon Terner yaydığı bəyanatda bunun ABŞ-ın milli təhlükəsizliyinə olan təhdidlərin izlənməsində çətinliklər yaradacağı barədə xəbərdarlıq edib.
“Qəfil və geniş ixtisarlar üzərinizə böyük riskin götürülməsi deməkdir və biz kəşfiyyata olan tələbləri artıq tam həcmdə təmin edə bilməyəcəyik”, deyə Terner vurğulayıb.
Onun sözlərinə görə, kəşfiyyat yalnız son dərəcə mühüm ehtiyacları ödəyə biləcək.
Qeyd edək ki, ABŞ-da 16 xüsusi xidmət orqanı fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər