AZE | RUS | ENG |

ABŞ iyunda dünyanın ən böyük neft ixracatçısı olub

ABŞ iyunda dünyanın ən böyük neft ixracatçısı olub
ABŞ iyunda neft ixracının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyada lider olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, ABŞ-da sürətlə artan şist nefti hasilatı ölkənin neft ixracatına da müsbət təsir göstərir. "OPEC plus” sazişi üzrə Səudiyyə Ərəbistanının neft hasilatı və ixracatında isə azalma qeydə alınır.
İyunda ABŞ-ın neft ixracı gündəlik 9 milyon barrelə çatıb. Ölkədə sürətlə inşa edilən neft boru kəmərləri və terminalların Birləşmiş Ştatların neft ixracatını artıracağı proqnozlaşdırılır.
Lakin iyul və avqust aylarında baş verən qasırğalar ABŞ-ın neft ixracına mənfi təsir göstərib, Səudiyyə Ərəbistanı isə həmin aylarda yenidə dünyanın ən böyük neft ixracatçısı mövqeyinə yüksəlib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289