• cümə, 26 Aprel, 07:16
  • Baku Bakı 12°C

ABŞ İtaliyanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb

12.01.18 13:10 719
ABŞ İtaliyanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb
ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb.
Trend-in məlumatına görə, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.
Bəyanatda qeyd olunur: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, biz sizdən münaqişənin sülh yolu ilə həllinə dair Minsk qrupunun səylərini artırmaq üçün öz nümayəndənizə və onun missiyasına hərtərəfli və qətiyyətli dəstək verməyinizi xahiş edirik. Ermənistan və Azərbaycan prezidentlərinin 2017-ci il Cenevrədəki zirvə görüşünün ümidverici olduğunu nəzərə alınmalıdir".
Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən İtaliya ATƏT-də sədrlik edir.
banner

Oxşar Xəbərlər