• cümə axşamı, 28 mart, 18:26
  • Baku Bakı 13°C

ABŞ İranla dialoqa hazır olduğunu bəyan edib

14.08.18 12:10 489
ABŞ İranla dialoqa hazır olduğunu bəyan edib
Amerika administrasiyası İranın ali dini lideri Əli Xameneinin Vaşinqtonla danışıqların aparılması mümkünlüyünü faktiki olaraq istisna edən bəyanatına baxmayaraq, Tehran hökuməti ilə dialoqa hazırdır.
"Report” xəbər verir ki, bunu bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi TASS-a ayətulla Xameneinin bəyanatını şərh edərkən deyib.
"Dövlət katibinin dediyi kimi, prezident təxirəsalınmaz milli təhlükəsizlik məsələlərinin həlli yollarını tapmaq üçün İranla dialoq aparmağa hazırdır", - deyə Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.
banner

Oxşar Xəbərlər