• çərşənbə, 17 Aprel, 00:30
  • Baku Bakı 14°C

ABŞ İrana qarşı sanksiyalara qoşulmayan İraqı sanksiyalarla təhdid edir

19.08.18 09:00 545
ABŞ İrana qarşı sanksiyalara qoşulmayan İraqı sanksiyalarla təhdid edir
ABŞ və Yaxın Şərqdəki tərəfdaşları ilə İraq arasında Donald Tramp administrasiyası tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalara görə ziddiyyət artır.
Trend-in məlumatına görə, Bağdad İranla ticarətin saxlanması zərurəti ilə əlaqədar sanksiya rejiminə tam riayət etməkdən imtina edir, ABŞ hakimiyyəti isə əvvəlki kimi 5 mindən çox amerikalı hərbi qulluqçunun yerləşdirildiyi İraqa qarşı sanksiya tətbiq edəcəyi ilə hədələyir.
Vaşinqtonda fəaliyyət göstərən yüksək vəzifəli iraqlı diplomat RİA Novosti-yə bildirib ki, Birləşmiş Ştatlar İraqın İranla qarşılıqlı münasibətlərinin mürəkkəbliyini anlayır, lakin yenə də təzyiq göstərməyə davam edir.
Onun sözlərinə görə, Bağdad həm ABŞ, həm də İran ilə yaxşı münasibətləri saxlamağın zəruri olduğu bir vəziyyətdədir:"Tramp administrasiyasının İraqa qarşı aqressiv siyasət apardığı bir şəraitdə isə Bağdada bu balansı qorumaq çətin olacaq".
banner

Oxşar Xəbərlər