ABŞ İran üzrə xüsusi nümayəndə təyin edib
ABŞ-ın dövlət katibi Mayk Pompeo Brayan Xuku ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi təyin edib.
Trend-in məlumatına görə, dövlət katibi B.Xuku jurnalistlərə "bizim İran üzrə yeni xüsusi nümayəndəmiz" deyərək təqdim edib.
B.Xuk daha daha əvvəl siyasi planlaşdırma üzrə departament direktoru vəzifəsində çalışıb.