• cümə axşamı, 25 aprel, 15:48
  • Baku Bakı 23°C

ABŞ İran şəhərinin adını sanksiyalardan çıxarıb

07.11.18 09:45 539
ABŞ İran şəhərinin adını sanksiyalardan çıxarıb
Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını İrana qarşı sanksiyalarının siyahısından çıxardıb.
Trend-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur.
"Dərin araşdırmalardan sonra dövlət katibi, 2012-ci ildə İrana qarşı mübarizəyə dair qanun (IFCA) çərçivəsində Çabahar limanına və onunla əlaqəli olan dəmir yolu üçün tətbiq edilən sanksiya rejimini istisna etdi", - deyə idarə nümayəndəsi izah edib.
banner

Oxşar Xəbərlər