• cümə, 29 Mart, 01:18
  • Baku Bakı 7°C

ABŞ “İran-Rusiya-Suriya neft şəbəkəsi”nə sanksiya tətbiq edib

21.11.18 14:15 395
ABŞ “İran-Rusiya-Suriya neft şəbəkəsi”nə sanksiya tətbiq edib
ABŞ "İran-Rusiya-Suriya neft şəbəkəsi”nə sanksiya tətbiq edib.
AZƏRTACxəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran, Rusiya və Suriyada fəaliyyət göstərən neft şəbəkəsini "terror təşkilatlarından maliyyələşdirilmə” iddiası ilə sanksiya siyahısına daxil edib. Rusiyanın dövlətə məxsus bir şirkəti, eləcə də iranlı səlahiyyətlilərin də aralarında olduğu 5 nəfər və 4 qurum Suriya rejiminə, "Hizbullah” və "Həmas” təşkilatlarına maliyyə dəstəyi verdikləri üçün sanksiyaya məruz qalacaqlar.
Rəsmi Tehranın sanksiya siyahısına daxil edilən Rusiya şirkətləri ilə birgə Suriya hökumətini neftlə təmin etdiyi iddia olunur. Suriyanın isə bunun əvəzində İran İnqilab Keşikçiləri Korpusu, "Hizbullah” və "Həmas”a milyonlarla dollar transfer etdiyi bildirilir.
Bundan başqa, Suriya vətəndaşı Muhammed Amer Alchwik və mərkəzi ofisi Rusiyada yerləşən "Global Vision Group” həmin neft şəbəkəsində aparıcı rol oynadığı üçün sanksiya siyahısına daxil edilib. Siyahıda, həmçinin İran Mərkəzi Bankının beynəlxalq əlaqələr üzrə direktoru Rasul Sajjadın və onun müavininin də adları var.
Maliyyə Nazirliyinin şərhində "Global Vision Group”un İran neftini Suriyaya Rusiya Energetika Nazirliyinin tərkibinə daxil olan "Promsyrioimport” adlı şirkətlə iş birliyi sayəsində satdığı bildirilir. Bundan başqa, "Mir Business Bank” və "Tadbir Kish Medical and Pharmaceutical Company” şirkətlərinin qeyri-qanuni pul köçürmələri üçün istifadə edildiyi iddia olunur. Həmin üç şirkət də ABŞ-ın sanksiya siyahısına daxil edilib.
banner

Oxşar Xəbərlər