• cümə, 29 Mart, 09:00
  • Baku Bakı 5°C

"ABŞ Çinlə ticarət münasibətlərində olmaq istədiyi yerdədir"

13.05.19 11:15 361
"ABŞ Çinlə ticarət münasibətlərində olmaq istədiyi yerdədir"
ABŞ PrezidentiDonald Trampbildirib ki, Vaşinqton Pekinə qarşı tətbiq etdiyion milyardlarla dollarlıq rüsumugötürmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları Çinə iqtisadi münasibətdə bu ölkənin məhsullarına qoyulmuş rüsumları artıraraq Pekinlə olmaq istədiyi vəziyyətdədir.
"Biz Çinlə olmaq istədiyimiz yerdəyik. Xatırlayın, onlar bizimlərazılaşmanı pozdularvə şərtləri təkrar gözdən keçirməyə çalışdılar. Biz Çindən on milyardlarla dollar rüsumları götürəcəyik. Məhsulların ixracatçıları özləri malları ABŞ-da istehsal edə və ya onu ölkələrdən idxal edə bilərlər, hansılar ki, vergi rüsumları qoyulmur", - deyə prezident yazıb.
Trampın sözlərinə görə, Vaşinqton Pekindən alınmış vəsaitlərikənd təsərrüfatının inkişafınayönəldəcək. Hansı ki, onun məhsullarının bir hissəsi"aclıq çəkən" ölkələrə paylanacaq.
Xatırladaq ki, mayın 9-10-da VaşinqtondaÇin-Amerika ticarət danışıqlarının 11-ci raundubaşa çatıb.
Daha əvvəlABŞ Prezidenti təxminən300 milyard dollarlıq Çin mallarına illik idxal rüsumlarının artırılmasınıtapşırıb.
banner

Oxşar Xəbərlər