AZE | RUS | ENG |

"ABŞ Çinlə ticarət münasibətlərində olmaq istədiyi yerdədir"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Pekinə qarşı tətbiq etdiyi on milyardlarla dollarlıq rüsumu götürmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları Çinə iqtisadi münasibətdə bu ölkənin məhsullarına qoyulmuş rüsumları artıraraq Pekinlə olmaq istədiyi vəziyyətdədir.
"Biz Çinlə olmaq istədiyimiz yerdəyik. Xatırlayın, onlar bizimlə razılaşmanı pozdular və şərtləri təkrar gözdən keçirməyə çalışdılar. Biz Çindən on milyardlarla dollar rüsumları götürəcəyik. Məhsulların ixracatçıları özləri malları ABŞ-da istehsal edə və ya onu ölkələrdən idxal edə bilərlər, hansılar ki, vergi rüsumları qoyulmur", - deyə prezident yazıb.
Trampın sözlərinə görə, Vaşinqton Pekindən alınmış vəsaitləri kənd təsərrüfatının inkişafına yönəldəcək. Hansı ki, onun məhsullarının bir hissəsi "aclıq çəkən" ölkələrə paylanacaq.
Xatırladaq ki, mayın 9-10-da Vaşinqtonda Çin-Amerika ticarət danışıqlarının 11-ci raundu başa çatıb.
Daha əvvəl ABŞ Prezidenti təxminən 300 milyard dollarlıq Çin mallarına illik idxal rüsumlarının artırılmasını tapşırıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779