• şənbə, 27 Aprel, 01:54
  • Baku Bakı 14°C

ABŞ-ın törətdiyi təxribatlar Afrində böhrana səbəb olub

21.01.18 09:30 486
ABŞ-ın törətdiyi təxribatlar Afrində böhrana səbəb olub
Türkiyənin YPG-yə qarşı əməliyyat keçirdiyiSuriyanın şimal-qərbində böhranın dərinləşməsinə əsas səbəb ABŞ-ın törətdiyi təxribatlar olub.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
"ABŞ-ın kürdlərin çoxluq təşkil etdiyi rayonların ayrılmasına yönələn təxribatçı addımlarıSuriyanın qeyd olunan hissəsində böhranlı vəziyyətin yaranmasına səbəb olan əsas amillərdən biridir”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin vurğulanır ki, VaşinqtonunSuriyanın Türkiyə ilə həmsərhəd rayonlarında "sərhəd təhlükəsizlik qüvvələri”nin yaradılmasına dair bəyanatlar verməsi, silahlı dəstələrin dəstəkləməsi vəSuriyadövlətçiliyinin süqutuna yönələn digər addımlar atması Ankaranın olduqca sərt reaksiyasına səbəb olub.
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-daSuriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Türkiyə Hərbi-HavaQüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsindənəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.
banner

Oxşar Xəbərlər