• çərşənbə axşamı, 19 mart, 06:34
  • Baku Bakı 8°C

ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək

26.09.17 10:05 752
ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək
ABŞ Ticarət Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi ABŞ ticarət missiyasının oktyabrın 16-dan 18-dək ölkəmizə səfəri gözlənilir.
AZƏRTACxəbər verir ki, missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi, ticarət və işgüzar əlaqələrin inkişafına töhfə vermək, habelə yeni əməkdaşlıq əlaqələrinin qurulması, o cümlədən Azərbaycanda investisiya yatırımları imkanlarının təşviqidir. ABŞ Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış missiya şirkət və heyət üzvlərinin sayına görə indiyədək reallaşan missiyalar arasında ən böyüyü hesab edilir. Onun tərkibinə müxtəlif sahələrdə, o cümlədən kosmik sənaye, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar, telekommunikasiya, maliyyə və bankçılıq, kommunal xidmətlər, tikinti, təmir və mühəndislik, yol və körpülərin salınması, ətraf mühit, nəqliyyat və logistika, kənd təsərrüfatı texnika və texnologiyaları, suvarma, qida sənayesi, dəmir yolu və digər nəqliyyat vasitələri məhsul və xidmətləri üzrə ixtisaslaşmış ABŞ və dünyanın tanınmış korporasiyaları qatılıb. Ümumilikdə 30-dək heyətdən ibarət missiyaya "Acrow Bridge”, "Altec Worldwide”, "Amsted Rail”, "Argus Limited”, "AVIS”, "Baron”, "DTN”, "Geophysical Survey Systems”, "Greenbrier”, "Lindsay Corporation”, "Lockheed Martin”, "Miyamoto International”, "MWH Global”, "Nelson & Pade”, "Obie Technologies”, "Overseas Private Investment Corporation”, "Tutti-Frutti Licensor”, "US Commercial Service”, "USACC”, "VISA” kimi şirkət və təşkilatlar daxildir.
Səfər çərçivəsində missiya üzvlərinin Azərbaycanda dövlət qurumları, yerli şirkətlər, investisiya agentlikləri və beynəlxalq təşkilatlarla bir sıra görüşlər keçirməsi planlaşdırılır. Ümumilikdə, səfər zamanı 120-dən çox işgüzar görüşün təşkili gözlənilir.
banner

Oxşar Xəbərlər