• cümə, 29 Mart, 18:15
  • Baku Bakı 14°C

ABŞ-ın neft ehtiyatları azalıb

17.04.19 14:00 395
ABŞ-ın neft ehtiyatları azalıb
Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 3,1 milyon barrel azalıb. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.
Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları artmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər