• çərşənbə axşamı, 23 aprel, 20:38
  • Baku Bakı 20°C

ABŞ-ın neft ehtiyatları 421 milyon barrelə düşüb

11.09.19 13:45 640
ABŞ-ın neft ehtiyatları 421 milyon barrelə düşüb
Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları kəskin azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 7,2 milyon barrel azalaraq 421,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,9 milyon barrel azalacağı istiqamətində idi. Ehtiyatlar əvvəlki həftədə də geriləmişdi.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər