• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atılıb

22.02.18 10:10 571
ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atılıb
ABŞ-ın Monteneqrodakı səfirliyinin binası yaxınlığında partlayış baş verib.
APA-nın "Reuters”-ə istinadən verdiyi xəbərə, hadisə ilə əlaqədar səfirliyin binasına bütün girişlər bağlanıb. Partlayış nəticəsində dəymiş ziyan barədə məlumat yoxdur.
İlkin məlumata görə, partlayışı törədən şəxs əvvəlcə paytaxt Podqoritsada yerləşən səfirliyin ərazisinə bir neçə əl qumbarası atıb, sonra isə özünü partladıb.
Səfirliyin saytında ABŞ vətəndaşlarına xəbərdarlıq ünvanlanıb.
Onlara səfirliyin binasına yaxınlaşmamaq, çoxlu insan olan yerlərdən uzaq durmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etmək və vəziyyəti media vasitəsilə izləmək tövsiyə olunub.
banner

Oxşar Xəbərlər