• cümə, 26 Aprel, 20:02
  • Baku Bakı 22°C

ABŞ-ın İŞİD-lə bağlı yeni planı var

08.09.14 11:57 901
ABŞ-ın İŞİD-lə bağlı yeni planı var
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, B. Obama bunu Amerikanın NBC televiziyasına müsahibəsində deyib
Prezident bildirib ki, ABŞ İŞİD-i zəiflədəcək, “onun ərazilərinin sərhədini daraldacaq” və məğlub edəcək.
O deyib ki, İŞİD-dən gələ biləcək təhdidi normal qarşılamaq üçün ölkəsini hazırlayır. Obama “İslam Dövləti” qruplaşmasının mövqelərinə zərbə endirəcəklərini, lakin ABŞ-ın bölgəyə quru qoşunları göndərməyi düşünmədiyini də qeyd edib: “Bu, İraq müharibəsinə bənzər bir şey deyil. Daha çox son beş, altı, yeddi ildir ki, girişdiyimiz terrorla mücadilə kampaniyasına bənzəyir”.
O bildirib ki, İŞİD-ə qarşı mübarizəni ABŞ təkbaşına aparmayacaq, bu, beynəlxalq koalisiya tərəfindən reallaşacaq.
banner

Oxşar Xəbərlər