• cümə, 29 Mart, 11:59
  • Baku Bakı 5°C

ABŞ-ın Fars körfəzindəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

08.02.17 09:20 597
ABŞ-ın Fars körfəzindəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib
ABŞ-ın Fars körfəzindəki qüvvələri İranla münasibətlərdə gərginliyin artması, ordu və avadanlıqların ümumi hazırlığı ilə bağlı narahatlıqlarla əlaqədar pisləşməsi səbəbindən "ən yüksək hazırlıq vəziyyətinə” gətirilib. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd edək ki, İran yanvarın 29-da öz istehsalı olan ballistik raketi uğurla sınaqdan keçirib. ABŞ ballistik raketlərin sınağını kəskin pisləyərək, bununBMTTŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu qeyd edib.
Həmçinin, xatırladaq ABŞ-ın yeni prezidenti D.Tramp İran və "altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair əldə olunmuş sazişə qarşı çıxış edir.
banner

Oxşar Xəbərlər