• cümə, 19 Aprel, 13:39
  • Baku Bakı 25°C

ABŞ-ın Ermənistandakı sabiq səfiri "qara siyahı"ya salınacaq

29.06.16 19:01 892
ABŞ-ın Ermənistandakı sabiq səfiri "qara siyahı"ya salınacaq
ABŞ-ın Ermənistandakı keçmiş səfiri olmuş Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, C.Evans ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir: "Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil".
XİN rəsmisi əlavə edib ki, ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb. Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".
banner

Oxşar Xəbərlər