AZE | RUS | ENG |

ABŞ-ın erməni icmasından şok qərar

ABŞ-ın erməni icmasından şok qərar
Ermənilər nə Obamanı, nə də Romnini dəstəkləyəcəklər

Bütün dünyanın diqqəti noyabrın 6-da Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərinə yönəlib. Seçkilərin gərgin keçəcəyi isə göz önündədir. Belə ki, keçirilən rəy sorğuları gah hazırkı prezident Barak Obama, gah da, respublikaçıların namizədi Mitt Romnini irəli çıxarır.

Hər dəfə olduğu kimi, bu dəfə də ABŞ-dakı erməni icması namizədlərdən hər hansı birinə yaxınlaşmaq üçün dəridən qabıqdan çıxmağa çalışırlar. Nəzərə alsaq ki, məhz bu dəfə keçirilən seçkilərdə qalib gələn prezident 2015-ci ildə ermənilərin qondarma soyqırımının 100 illiyinin şahidi olacaq. Ermənilər də ilin əvvəlindən bəyan edirdilər ki, 100 illiyi keçirmək üçün beynəlxalq kampaniyaya başlayacaqlar.

Şübhəsiz ki, ABŞ kimi bir dövlətin prezidentinin də “soyqırımı” sözünü dilə gətirməsi onlar üçün böyük əhəmiyyət kəsb edir. Onlar dəfələrlə Obama ilə görüşmək üçün təşəbbüs göstərsələr də bu cəhdləri alınmayıb. ABŞ-dakı Erməni Milli Komitəsinin sədri Kennet Kaçikyan da bu səbəbdən Obamaya göndərdiyi son məktublarından birində bildirmişdi ki, ABŞ prezidentindən Amerika Erməniləri İcmasının nümayəndələri ilə görüşməyi xahiş edib. Onun sözlərinə görə, Obamanın Amerika Erməniləri İcmasının nümayəndələri ilə görüşməməsi qeyri sağlam mühit yaradır.

Ümumiyyətlə, Ermənistan mətbuatı və siyasi dairələri, xüsusən də dünyanın nüfuzlu ölkələrindəki erməni diasporu və lobbisi də ABŞ prezidenti Barak Obamadan ciddi narazıdır. Bu narazılıq Ermənistanın mətbuatında dərc olunan yazılarda, müsahibələrdə açıq görünür. Dünya erməniləri, əsasən də ABŞ-da yaşayan ermənilər Obamaya qarşı çıxmağa çağırılır. Son dövrlər ermənilərdə antiObama əhvalı o dərəcədə yüksəlib ki, Obama bəzi erməni saytlarında dünya ermənilərinin düşməni kimi təqdim olunur.

Bu zaman ermənilərin diqqəti respublikaçı Mitt Romniyə çevrildi. Lakin respublikaçıların da bu məsələdə mövqeyi bəllidir. Onlar Türkiyə ilə strateji münasibətlərə böyük önəm verərək Ermənistana xoş gəlsin deyə soyqırımı tanımağa meyil göstərməyiblər.

Bütün bunlardan rəncidə olan Amerika Erməni icması bu dəfə gözlənilməz qərar qəbul edib. Namizədlərdən heç birini dəstəkləməmək. Amerika Erməni Milli Komitəsi bəyan edib ki, noyabrın 6-da keçiriləcək prezident seçkilərində nə hazırkı prezident Barak Obama, nə prezidentliyə namizəd Mitt Romni erməni diasporunun rəsmi dəstəyinə ümid edə bilməzlər. Diasporun seçkilərdə tutacağı mövqeni ANCA rəhbəri Ken Xaçikyan açıqlayıb. “Nə erməni məsələsinə dair verdiyi çoxsaylı vədləri yerinə yetirməmiş Barak Obama, nə Massaçusets qubernatoru olduğu dövrdə ermənilər narahat edən məsələlərə vaxt ayırmayan Mitt Romni ABŞ-dakı erməni diasporunun etimadını qazana bilməyiblər. Kiçik bir tərəqqi əldə olunmasına rəğmən, ABŞ-da erməni məsələsi hələ də Türkiyə və Azərbaycan məmurları tərəfindən diktə siyasətinin girovu olaraq qalır. Biz konstruktiv dialoq üçün açıq olsaq da, bu dəfə seçkilərdə namizədlərdən heç birini müdafiə etməyəcəyik”.

Bununla yanaşı, ANSA Ağ evin gələcək sahibi ilə, eləcə də Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin, digər qurumların nümayəndələri ilə qondarma soyqırımı məsələsində əməkdaşlıq etməyə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

ANCA ilə yanaşı, digər bir erməni qurumu “Hay dat” (“Erməni məhkəməsi”) təşkilatının ABŞ ofisi noyabrın 6-da prezident seçkiləri zamanı nə prezident Barak Obamanı, nə də Massaçusets ştatının sabiq qubernatorunu dəstəkləmək qərarına gəlib. Təşkilat hər iki namizədin ABŞ erməni icmasının etimadını qazanmadığını bəyan edib: «Obama administrasiyası həmçinin Konqresin "erməni soyqırımın tanınması üzrə qətnaməsi"nin qəbul olunmasına qarşı çıxış edib.

Dövlət katibi Hillari Klinton isə bəyan edib ki, bu məsələ tarixi mübahisələr predmeti olmalıdır». Bundan başqa, ABŞ erməni icması Obamanın prezidentliyi dövrdə vədlərinə zidd olaraq Ermənistana göstərilən yardımı ixtisar etməyə çalışdığını xatırladıb.

Mitt Romniyə gəldikdə isə, o, “erməni icmasının parlaq nümayəndələri” yaşadığı Massaçusets ştatının qubernatoru olaraq seçki kampaniyası əsnasında ermənilər haqqında bir söz də deməyib və erməni təşkilatları rəhbərləri ilə görüşməyib».

Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056