• cümə, 19 Aprel, 08:03
  • Baku Bakı 13°C

ABŞ-ın dövlət katibi Türkiyəyə gəlib

15.02.18 20:37 499
ABŞ-ın dövlət katibi Türkiyəyə gəlib
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson fevralın 15-də axşam saatlarında Türkiyəyə gəlib.
AZƏRTACxəbər verir ki, Reks Tillerson əvvəlcə Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Sonra isə onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olacaq.
Səfər zamanı ABŞ-ın PKK/PYD/YPG/İŞID terror qruplaşmalarına dəstək verməsi səbəbindən son vaxtlar iki ölkə arasında etimadsızlığa səbəb olan məsələlər ətrafında müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər