• cümə, 19 Aprel, 11:38
  • Baku Bakı 13°C

ABŞ-ın dövlət katibi: Rusiyanın G8-ə qayıtması planı üzərində işləyəcəyik

28.08.19 17:00 3879
ABŞ-ın dövlət katibi: Rusiyanın G8-ə qayıtması planı üzərində işləyəcəyik
ABŞ Administrasiyası Prezident Donald Trampın istəyi əsasında Rusiyanın G8-ə ("Böyük səkkizlik”) qayıtması planı üzərində işləyəcək.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo bildirib.
"Prezident hesab edir ki, biz bunu etməliyik. Mən Prezidentin tapşırıqlarını yerinə yetirirəm və biz əlbəttə ki, bu plan üzərində işləyəcəyik", - deyə ABŞ rəsmisi qeyd edib.
Xatırladaq ki, Donald Tramp bu günlərdə Fransada keçirilən G7 sammitində Rusiyanın qrup ölkələrinin tərkibinə qayıtmasının mümkünlüyünü qeyd edib. ABŞ Prezidenti açıq şəkildə bildirib ki, Vladimir Putin olmadan masa arxasında əyləşməyin heç bir mənası yoxdur. Lakin sonra Fransa Prezidenti Emmanuel Makron iştirakçı ölkələrin liderlərinin bu məsələdə ümumi razılığa gələ bilmədiyini deyib.
Məlumat üçün qeyd edək ki, G7-yə Böyük Britaniya, ABŞ, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiya daxildir. Rusiya qoşulandan sonra qrup G8 formatında olub. Ancaq Ukrayna hadisələrindən sonra iştirakçılar G7 formatına qayıdıblar.
banner

Oxşar Xəbərlər