• çərşənbə, 24 Aprel, 11:51
  • Baku Bakı 13°C

ABŞ-ın dövlət katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb

10.09.16 21:58 1084
ABŞ-ın dövlət katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb
Amerika Birləşmiş Ştatları (ABŞ) REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayır.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatında bildirilir.
Bəyanatda, həmçinin, ABŞ-ın sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun ərəfəsində açıq və ictimai dialoqu dəstəklədiyi də qeyd olunur.
"Azərbaycan hökumətindən əlavə müsbət addımların atılacağını gözləyirik”, -deyə bəyanatda bildirilir.
Qeyd edək ki, N. Cəfərli bu il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilib.
Sentyabrın 9-da isə məhkəmə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında N. Cəfərlinin azadlığa buraxılması barədə qərar qəbul edib.
banner

Oxşar Xəbərlər