AZE | RUS | ENG |

ABŞ-ın böyük şirkətləri Obamaya qarşı

ABŞ-ın böyük şirkətləri Obamaya qarşı
Şirkətlər öz işçilərinə məktublar göndərərək onları respublikaçıların namizədi Mit Romniyə səs verməyə çağırıblar

Amerika Birləşmiş Ştatlarında keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində ABŞ-ın və Avropanın bəzi kütləvi informasiya vasitələri və müxalifət kanallarında bu ölkənin ayrı-ayrı böyük şirkətlərinin rəhbərlərinin öz işçilərinə məktublar göndərərək seçkilərdə Respublikaçılar Partiyasının namizədi Mit Romniyə səs vermələri ilə bağlı çağırış və mesajları barədə məlumatlar getmişdir. ABŞ-ın «Forbes» və «Bloomberg Rusinessweek», Böyük Britaniyanın «The Guardian», “The Daily Mail” nəşrləri və ABŞ-ın «NBC», «CNBC», «MSNBC» televiziya kanalları bu məlumatlara geniş yer ayırmışdır. Belə ki, ABŞ-ın «İn These Times» liberal siyasi jurnalına istinad edən «Forbes» jurnalı milyarder Devid və Çarlz Kox qardaşlarına məxsus «Koch industries» şirkətinin törəməsi olan «Corcia-Sakit okean» şirkəti rəhbərliyinin adından 45 min işçiyə göndərilən səsvermə ilə bağlı məktubu çap etmişdir. Məktubda qarşıdan gələn prezident seçkilərində Mit Romniyə səs vermək barədə çağırışlar öz əksini tapıb. Böyük Britaniyanın “The Daily Mail” nəşri isə ABŞ-ın «Westgate Resorts» şirkətinin təsisçisi və icraçı direktor Devid Sigelin işçilərinə ünvanladığı məktubundan sitat gətirmişdir. Məktubda deyilir: «Hazırki Prezident Administrasiyasının növbəti 4 ili də hakimiyyətdə olması, sizin iş yerlərinizi təhlükə altına alır. Əgər Romni Prezident seçkilərində qalib gələrsə, sizin öz iş yerlərinizdə qalma şansınız daha çox olacaq». Devid Sigel işçilərinə ünvanladığı məktubla bağlı Bloomberg Businesweek biznes jurnalına verdiyi açıqlamada bildirir: «Əgər Barak Obama yenidən prezident seçilərsə şirkətin iqtisadi durumu pisləşə bilər. Ona görə də şirkətdə çalışan 7 min işçi bundan narahat olmalı, düzgün seçim etməli və şirkətin iqtisadi maraqları və gələcək fəaliyyəti naminə qarşıdakı prezident seçkilərində Respublikaçı Mit Romniyə səs verməlidir». Devid Sigel əlavə olaraq bildirir ki, prezident seçkilərində əgər Obama qalib gələrsə, o şirkət rəhbəri kimi fəaliyyətini dayandırıb təqaüdə çıxacaq. ABŞ-ın «MSNBC» televiziya kanalı isə öz saytında «ASG Software Solutions» şirkətinin baş icraçı direktoru Artur Alenin 1000-dən artıq işçisinə yazdığı elektron məktubunun tam mətnini dərc edib. Məktubda deyilir: «Əgər Obama yenidən prezident seçilərsə şirkətin xərclərində azalmalar, kütləvi ixtisarlar baş verə bilər və hətta şirkət öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşə bilər. Bütün bunların baş verməməsi üçün isə yeni prezidentə səs vermək lazımdır». Qeyd etmək lazımdır ki, bu çağırışlarla bağlı bloqlarda və şərhlərdə sərt reaksiyalar verilmişdir. Həmin şərhlərdə deyilir: «Seçicilərə təzyiq etmək federal cinayətdir, şirkət rəhbərlərinin işçilərinə ünvanladıqları çağırış məktubları təhdiddir». «İşçiləri hansı namizədə səs verməklə bağlı təhdid etmək ABŞ qanunvericiliyinə görə cinayət hesab olunur». «Bu, artıq ABŞ-da korporatizmin demokratiyanı kölgədə qoyması deməkdir». «Seçicilərə təzyiq göstərilməsinə görə həbslərə başlamağın vaxtıdır». Xatırladaq ki, ABŞ prezidenti Barak Obama və respublikaçı namizəd Mit Romni Nyu Yorkda Hofstra Universitetində ikinci dəfə üz-üzə gəliblər. Seçicilərlə görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı cavablandıran namizədlər işsizlik, enerji, vergilər, və xarici siyasət məsələlərini müzakirə ediblər. Ötən dəfəki debatdan fərqli olaraq bu dəfə Barak Obama daha çox ötkəmlik nümayiş etdirib və Romnini bəzi məqamlarda sərt tənqid etməkdən çəkinməyib. Debatları canlı yayımlayan və həmçinin ölkə üzrə 1 nömrəli rəy sorğusunu keçirən CNN telekanalının nəticələrinə görə bu dəfə hesab Barak Obamanın xeyrinə 49%:39% olub. Namizədlər arasında 3-cü və sonuncu debat oktyabrın 22-də Floridada baş tutacaq. Sonra isə söz seçicilərindir. Bütün debatların ən əsas nəticəsi noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkiləridir. A.Nuriyev

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917