ABŞ-ın baş prokuroru istefa verib
ABŞ-ın baş prokuroru Ceff Seşns Prezident Donald Trampın xahişi ilə istefa verib. O, Prezident Trampa ünvanladığı məktubda baş prokuror vəzifəsində çalışdığı üçün qürur duyduğunu bildirib.
Tramp isə "Tvitter”dəki səhifəsində Seşnsə xidmətlərinə görə təşəkkür edib. Prezident ölkənin baş prokuroru vəzifəsini müvəqqəti olaraq Mettyu Uitakerin icra edəcəyini yazıb.