• cümə, 29 Mart, 19:53
  • Baku Bakı 14°C

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedib

11.12.13 15:39 1020
ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedib
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ermənistana gedib. APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, R. Morninqstar Cənubi Qafqazdakı amerikalı diplomatların İrəvanda keçiriləcək müşavirəsində iştirak edəcək.
Diplomatlar dövlət katibinin müavini Erik Rubinlə birlikdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. R. Morninqstarla bərabər görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland və Ermənistandakı səfiri Con Heffern də iştirak edib.
banner

Oxşar Xəbərlər