• cümə axşamı, 25 aprel, 12:27
  • Baku Bakı 23°C

ABŞ-ın Avropa komandanlığı: Suriyaya atılan bircə raket belə vurulmayıb

16.04.18 14:27 502
ABŞ-ın Avropa komandanlığı: Suriyaya atılan bircə raket belə vurulmayıb
"Suriyavə Rusiyanınhavahücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindənSuriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar”.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir. "Bu missiyada iştirak etmiş heç bir raketSuriyaHHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur”, - deyə açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb. Qırmızı dənizdən – "Monterey” (ABŞ) kreyserindən 30 "Tomahawk” raketi, "Laboon” (ABŞ) eskadra mina gəmisindən 7 eyni tip raket; Fars Körfəzindən – "Higgins” (ABŞ) eskadra mina gəmisindən 23 raket; Aralıq dənizindən – "John Warner” (ABŞ) sualtı qayığından 6 raket, "Languedoc” Fransa freqatından 3 raket buraxılıb.Havadan 2 ədəd "B-1B Lancer” ABŞ strateji bombardmançısı tərəfindən 19 raket, Britaniyanın "Tornado” və "Typhoon” hücum təyyarələrindən 8 raket, Fransanın "Rafales” və "Mirages” hücum təyyarələrindən 9 raket buraxılıb.
ABŞ-ın Avropa qüvvələrinin komandanı Kertis Skaparotti bildirib ki, əməliyyat dəqiqliklə planlaşdırılaraq icra edilib və EUCOM-un istənilən vəziyyətə operativ reaksiya vermək qabiliyyətini təsdiqləyib.
Qeyd edək ki, aprelin 14-də səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Surİyadakı 3 obyektə raket zərbələri endirilib.
banner

Oxşar Xəbərlər