• cümə axşamı, 28 mart, 19:29
  • Baku Bakı 13°C

ABŞ-ın Arizona ştatına son bir əsrin ən güclü qarı yağıb

23.02.19 15:30 384
ABŞ-ın Arizona ştatına son bir əsrin ən güclü qarı yağıb
ABŞ-ın Arizona ştatına 100 ilin ən güclü qarı yağıb. Burada qarın qalınlığı bir metrə çatır.
AZƏRTACCNN telekanalına istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Flaqstaff şəhərində fövqəladə vəziyyət rejimi elan olunub.
Arizonanın Nəqliyyat Departamenti sürücüləri ştatın şimalına səfər etməməyə çağırıb. Yollarda qalan sürücülər son sutka ərzində yardım üçün polisə 400 dəfə zəng ediblər. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə ştat ərazisinə daha 7-8 santimetr qar yağacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəlki rekord 104 il bundan öncə qeydə alınmışdı. Həmin zaman Flaqstaff şəhərinə 79 santimetr qar yağmışdı.
banner

Oxşar Xəbərlər