• cümə axşamı, 25 aprel, 14:18
  • Baku Bakı 23°C

ABŞ Honkonqla əlaqədar Çinə sanksiya tətbiq edə bilər

24.05.20 19:00 647
ABŞ Honkonqla əlaqədar Çinə sanksiya tətbiq edə bilər
ABŞHonkonqla əlaqədar Çinə sanksiya tətbiq edə bilər.
APA-nın xəbərinə görə, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen bunu NBC telekanalına müsahibəsində bəyan edib.
R. O'Brayen deyib ki, Pekin milli təhlükəsizlik haqqında qanunu qəbul edərək Honkonqu zəbt etsə, ABŞ Çinə qarşı sanksiya tətbiq edə bilər: "Çin Kommunist Partiyası 1984-cü ildə Böyük Britaniya ilə Birgə Bəyannamə imzalayarkən vəd edib ki, 2047-ci ilə qədər özünəməxsus həyat tərzi ilə Honkonqun muxtariyyətini saxlayacaq.
Ancaq həmin müddətə 27 il qalmış bu qanunla onlar faktiki Honkonqu zəbt edir. Çin Honkonqu zəbt etsə, bu halda Honkonqun Asiyanın maliyyə mərkəzi kimi qalacağını təsəvvür etmək çox çətindir. Əgər Pekin bu qanunu qəbul etsə, ABŞ Çinə və Honkonqa sanksiya tətbiq edəcək”.

banner

Oxşar Xəbərlər