• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

ABŞ Hərbi Hava Qüvvələri üçün naviqasiya peyki kosmosa göndərilib

23.08.19 15:00 2881
ABŞ Hərbi Hava Qüvvələri üçün naviqasiya peyki kosmosa göndərilib
Birləşmiş Ştatların "United Launch Alliance” (ULA) şirkəti avqustun 22-də ABŞ Hərbi Hava Qüvvələri üçün üçüncü nəsil GPS peykini buraxıb və həmin naviqasiya aparatı artıq orbitə çatıb.
AZƏRTACşirkətin saytına istinadla xəbər verir ki, peyki daşıyan "Delta IV” raketinin kosmosa buraxılması Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan həyata keçirilib. ULA-nın məlumatında qeyd olunur ki, raketdaşıyıcı müəyyən olunmuş orbitdə hərbi naviqasiyanın keyfiyyətini yaxşılaşdırmaq və mülki təyinatlı imkanları genişləndirmək üçün nəzərdə tutulmuş "GPS-3 SV02 Magellan” naviqasiya peykini sərbəst buraxıb. İlk pillənin raketdən ayrılması buraxılışdan 4 dəqiqə 30 saniyə sonra həyata keçirilib. Həmin pillə 5 saatda sonra atmosferin qalın qatlarında məhv edilib.
Qeyd olunur ki, "Lockheed Martin” şirkətinin istehsal etdiyi bu aparatın kosmosa göndərilməsi ən azı dörd dəfə təxirə salınıb. ABŞ Hərbi Hava Qüvvələri üçün üçüncü nəsil GPS peyki ilk dəfə 2018-ci ilin dekabrında "SpaceX” şirkəti tərəfindən buraxılıb. Bildirilir ki, bu peyk obyektlərin yeri, naviqasiya və vaxtı haqqında informasiyaları səkkiz dəfə daha keyfiyyətli ötürür.
"Boeing” и "Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan ULA-nın əsası 2006-c ildə qoyulub və onun mənzil-qərargahı Kolorado ştatının Sentennial şəhərində yerləşir.
banner

Oxşar Xəbərlər