• cümə axşamı, 25 aprel, 08:16
  • Baku Bakı 14°C

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib

06.06.18 09:15 582
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib
İyunun 4-də ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri senator Rocer Uiker (Roger Wicker) Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, 1920-ci ildə bolşeviklərin ölkəyə müdaxiləsilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının çökməsi ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi və ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu vurğulanıb.
Həmçinin Azərbaycanın təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşı olduğu, 2002-ci ildən Azərbaycan qoşunlarının Əfqanıstanda xidmət göstərdiyi, ABŞ-a vəNATOtərəfdaşlarına yadım göstərdiyi qeyd olunub. Azərbaycanın şimal paylayıcı şəbəkəsi vasitəsilə Əfqanıstana hərbi yüklərin daşınmasında mühüm tranzit rolu oynadığı, habelə Əfqanıstana gedən ABŞ hərbi heyətinin Azərbaycanhavaməkanından istifadəsinə icazə verdiyi vurğulanıb.
Daha sonra bəyanatda ABŞ-ın güclü müttəfiqi olan İsraillə 25 ildən artıqdır diplomatik əlaqələri qoruyan və yəhudi icması ilə olduqca yaxşı münasibətlərə malik müsəlman ölkəsi olan dünyəvi Azərbaycanın nümunəvi bir dövlət olduğu vurğulanıb.
Bundan əlavə, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyində mühüm rol oynayacağı və həmin qitənin Rusiya qazından asılılığını azaldacağı qeyd olunub.
Sonda isə senator Azərbaycan Respublikasına və xalqına öz səmimi təbriklərini çatdırıb.
banner

Oxşar Xəbərlər