• cümə, 26 Aprel, 21:35
  • Baku Bakı 22°C

ABŞ həbsxanasında Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürüb

02.02.17 09:50 779
ABŞ həbsxanasında Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürüb
ABŞ həbsxanasında prezident Donald Trampın siyasətindən narazı qalan məhbuslar 5 nəzarətçini girov götürüb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident Delaver ştatının Smirna şəhərində qeydə alınıb.
Məhbuslardan biri yerli qəzetlə əlaqə saxlayaraq bildirib ki, girovlar Trampın yeritdiyi siyasətə etiraz olaraq götürülüb: "Səbəb Tramp və onun atdığı addımlardır. Əminik ki, onun hakimiyyətə gəlişi ilə həbsxanalarda vəziyyət pisliyə doğru dəyişəcək”.
Məlumata əsasən, həbsxananın ətrafına çox sayda polis qüvvələri cəlb edilib. Yüngül yaralanan girovlardan birinin sərbəst buraxıldığı bildirilir. Digər girovların vəziyyəti barədə məlumat verilmir. Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.
banner

Oxşar Xəbərlər