• cümə axşamı, 28 mart, 18:10
  • Baku Bakı 13°C

ABŞ hakimiyyəti iyulun 14-dən qanunsuz mühacirləri deportasiya etməyə başlayacaq

11.07.19 19:30 3611
ABŞ hakimiyyəti iyulun 14-dən qanunsuz mühacirləri deportasiya etməyə başlayacaq
ABŞ hakimiyyəti iyulun 14-dən qanunsuz mühacirlərin kütləvi şəkildə deportasiyası məqsədilə reydlərə başlayacaq.
AZƏRTAC"The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Federal Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşları ilkin mərhələdə azı 2 min mühaciri tutaraq ölkədənçıxarmağı planlaşdırır. Reydlər ölkənin 10 iri şəhərində keçiriləcək. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi nəzdində fəaliyyət göstərən Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə Xidmətin direktoru Ken Kuçinelli hakimiyyətin belə reydlər keçirməkdə israrlı olduğunu deyib.
Ağ evin hazırkı rəhbərliyi dövründə qanunsuz mühacirlərlə mübarizə - onların ABŞ-a keçməsi cəhdlərinin qarşısının alınması və buna müvəffəq olan şəxslərin deportasiyası prosesi xeyli aktivləşib. Donald Tramp hələ 2016-cı ildə seçkiöncəsi kampaniyasının gedişində daha sərt miqrasiya siyasəti yürüdəcəyini, həmçinin sərhəd nəzarətini gücləndirəcəyi barədə vədlər verib. Onun fikrincə, ABŞ ərazisində sayları 11 milyona çatan qanunsuz mühacirlərin hamısı cinayətkardır.
banner

Oxşar Xəbərlər