• cümə axşamı, 18 aprel, 14:15
  • Baku Bakı 22°C

ABŞ Gürcüstanın müdafiə sistemi üçün rekord səviyyədə maliyyə yardımı edəcək

02.12.19 10:45 365
ABŞ Gürcüstanın müdafiə sistemi üçün rekord səviyyədə maliyyə yardımı edəcək
Gələn il Gürcüstan ABŞ-dan müdafiə sahəsi üçün rekord səviyyədə maliyyə dəstəyi alacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.
Komitə sədri deyib: "Gürcüstan üçün ABŞ-ın dəstəyi olduqca vacibdir. Biz Gürcüstanın beynəlxalq orbitdən itəcəyi və ölkəmizin NATO-ya üzvlüyünün təhlükə altında olması barədə tez-tez eşidirik. Bu fikirlər həqiqətə uyğun deyil. Ölkəmiz NATO-ya üzvlük yolunda qətiyyətlə addımlayır. ABŞ-ın maliyyə yardımını artırması isə bizim düzgün yolda olduğumuzu sübut edir”.
Komitə sədri ABŞ-ın gələn il Gürcüstana hərbi məqsədlər üçün ayıracağı yardımın məbləğini açıqlamasa da bunun rekord həcmdə olacağını söyləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində üçillik əməkdaşlıq sazişi imzalanıb.
banner

Oxşar Xəbərlər