• cümə, 26 Aprel, 00:57
  • Baku Bakı 16°C

ABŞ generalının Bakıya səfəri baş tutub

12.11.18 09:53 330
ABŞ generalının Bakıya səfəri baş tutub
9 noyabr tarixində ABŞ Ordu generalı ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Bakiya səfər edib. General Layens Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə naziriin müavini general-polkovnik Nəcməddin Sadıkovla görüşüb. Görüşdən sonra general Layens Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının çox sayda obyektləri ilə tanış olmüşdur. General Layens Azərbaycanın beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizədə verdiyi töhfələrə, Əfqanistan və daha geniş coğrafiyada təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün gördüyü vacib işə görə ABŞ tərəfindən Azərbaycanı yüksək dəyərləndiyini bir daha təsdiqlədi.
banner

Oxşar Xəbərlər