• çərşənbə axşamı, 23 aprel, 17:48
  • Baku Bakı 24°C

ABŞ gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq edəcək

14.07.19 14:15 14017
ABŞ gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq edəcək
ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb.
"Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı "Bloomberg” öz mənbələrinə istinadla yayıb. Qeyd olunub ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.
Agentliyin məlumatına görə, üç müxtəlif sanksiyapaketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı məlum deyil.
Bloomberg bildirir ki, gələn həftənin sonunda Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək.
banner

Oxşar Xəbərlər