• cümə, 29 Mart, 02:30
  • Baku Bakı 7°C

ABŞ "F-35"lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra bilər

21.03.19 16:15 435
ABŞ "F-35"lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra bilər
ABŞ "F-35" təyyarələrinin Türkiyəyə tədarükü üzrə hazırlıqların dayandırılması ehtimalını nəzərdən keçirir.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edənKeti Uilbarger"Reuters"ə açıqlamasında Türkiyənin hansı qərarı verəcəklərini gözlədiklərini, bu əsasda yeni müntəzəm olaraq qərarların qəbul olunduğunu söyləyib.
Onun sözlərinə görə, Türkiyəyə siqnal vermək üçün çox şey dayandırıla bilər.
Qeyd edək ki, Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. Ankara proqrama 2002-ci ildə qoşulub. Daha əvvəl ABŞ Konqresi Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri tədarük etmək planlarına görə qırıcıların Ankaraya satışını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Əlavə edək ki, buna qədər ABŞ-ın Texas ştatının Fort Uert şəhərində yerləşən "Lockheed Martin" müəssisəsində Türkiyə tərəfinə ilk iki "F-35" qırıcısının verilməsi baş tutub.
banner

Oxşar Xəbərlər