AZE | RUS | ENG |

ABŞ "F-35"lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra bilər

ABŞ
ABŞ "F-35" təyyarələrinin Türkiyəyə tədarükü üzrə hazırlıqların dayandırılması ehtimalını nəzərdən keçirir.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Keti Uilbarger"Reuters"ə açıqlamasında Türkiyənin hansı qərarı verəcəklərini gözlədiklərini, bu əsasda yeni müntəzəm olaraq qərarların qəbul olunduğunu söyləyib.
Onun sözlərinə görə, Türkiyəyə siqnal vermək üçün çox şey dayandırıla bilər.
Qeyd edək ki, Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. Ankara proqrama 2002-ci ildə qoşulub. Daha əvvəl ABŞ Konqresi Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri tədarük etmək planlarına görə qırıcıların Ankaraya satışını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Əlavə edək ki, buna qədər ABŞ-ın Texas ştatının Fort Uert şəhərində yerləşən "Lockheed Martin" müəssisəsində Türkiyə tərəfinə ilk iki "F-35" qırıcısının verilməsi baş tutub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916