• cümə axşamı, 25 aprel, 13:45
  • Baku Bakı 23°C

ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini istefa verib

14.01.18 11:15 372
ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini istefa verib
ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini Saymon Henşou istefa verib.
"Report” xəbər verir ki, bu barədə diplomatın öz həmkarlarına yazdığı elektron məktuba istinadən "Reuters" məlumat yayıb.
O öz postunu bir neçə gündən sonra tərk edəcək.
Henşounun sözlərinə görə, onun gedişi qaçqınların ölkəyə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı deyil. Diplomat bu addımını hər iki-üç ildən bir iş yerini dəyişmək vərdişinin olması ilə izah edib.
banner

Oxşar Xəbərlər