ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks gələn həftə Azərbaycana gələcək.
Bu barədəAPA-ya ABŞ-ın Azərbaycandakı səfərliyindən bildirilib.
Məlumata görə, görüşlər həftənin birinci gününə gözlənilir.
Onun Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, B. Brinks Ermənistanda səfərdədir.