• çərşənbə, 24 Aprel, 04:43
  • Baku Bakı 14°C

ABŞ dövlət katibi: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”

22.01.18 18:20 426
ABŞ dövlət katibi: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”
ABŞ dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Afrin əməliyyatından narahat olduqlarını bildirib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. Tillerson Türkiyənin təhlükəsizlik problemlərinin həlli üçün iki ölkənin birlikdə çalışaraq nələr edə biləcəyini görmək istədiklərini söyləyib: "Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq. Təhlükəsizlik problemlərinin həlli üçün Türkiyə ilə birlikdə hansı addımları ata biləcəyimizi müəyyənləşdirmək istəyirik".

ABŞ dövlət katibi qeyd edib ki,Suriyada hər iki tərəfin təmkin göstərməsini və mülki itkilərin azalmasını istəyirlər: "ABŞSuriyada sabitliyin bərqərar olmasına və diqqəti daxili savaşın sona çatması üçün Cenevrə prosesinə yönəltməyə çalışır”.
banner

Oxşar Xəbərlər