• şənbə, 20 Aprel, 06:54
  • Baku Bakı 14°C

ABŞ Dövlət Departamenti Xəlifə Həftardan Tripoliyə hücuma son qoyulmasını tələb edib

08.04.19 11:00 282
ABŞ Dövlət Departamenti Xəlifə Həftardan Tripoliyə hücuma son qoyulmasını tələb edib
ABŞ Dövlət Departamenti Xəlifə Həftardan Liviya paytaxtı Tripoliyə hücuma son qoyulmasını tələb edib.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.
Onun sözlərinə görə, ölkədə vəziyyətin sabitləşdirilməsində bütün tərəflər məsuliyyət daşıyır:
"Tripoliyə birtərəfli hərbii hücum mülki vətəndaşların həyatını təhlükəyə atmaqla yanaşı, liviyalıların xoşbəxt gələcəyinə olan perspektivləri tamamilə sıradan çıxarır" - sitatın sonu.
M. Pompeo vurğulayıb ki, Liviya münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür.
banner

Oxşar Xəbərlər