• çərşənbə, 24 Aprel, 01:54
  • Baku Bakı 14°C

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib

27.05.17 09:40 817
ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib
ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət katibi Reks Tillerson ona təqdim edilən müvafiq sorğunu rədd edib.
Məlumata əsasən, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir. Madlen Olbrayt tərəfindən qoyulan ənənəni sonrakı illərdə Demokrat və Respublikaçılar partiyasının nümayəndələri daim davam etdiriblər. Dövlət Departamentində iftar süfrəsi təşkil edilib və yaxud müqəddəs ayın bitməsiilə əlaqədar qəbul keçirilib.
banner

Oxşar Xəbərlər