• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

ABŞ Donbasda referendum keçirilməsi ideyasını dəstəkləməyib

21.07.18 15:22 283
ABŞ Donbasda referendum keçirilməsi ideyasını dəstəkləməyib
ABŞ Dövlət Departamenti Donbasda referendum keçirilməsi ideyasına mənfi reaksiya verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert "Twitter" səhifəsində yazıb.
O, bildirib ki, rəsmi Vaşinqton hətta səsvermələri qeyri-legitim tanımağa hazırdır.
"ABŞ Ukraynanın şərqində referendumun keçirilməsini dəstəkləmir", - deyə Nauert "Twitter"-də yazıb.
Onun sözlərinə görə, Vaşinqton Minsk razılaşmasına sadiqdir.
Qeyd edək ki, "Bloomberg" Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa Donbasda referendum keçirmək barədə təklif irəli sürdüyünü yazmışdı.
banner

Oxşar Xəbərlər