• cümə, 29 Mart, 14:35
  • Baku Bakı 14°C

ABŞ-dan “Cənub Qaz Dəhlizi”nə növbəti dəstək

02.11.18 20:10 968
ABŞ-dan “Cənub Qaz Dəhlizi”nə növbəti dəstək
ABŞ "Cənub Qaz Dəhlizi” layihəsini yaxın günlərdə qüvvəyə minəcək anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin sənədində deyilir.
Qeyd olunur ki, bərpa olunan anti-İran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.
Bundan başqa, sənəddə qeyd olunur ki, anti-İran sanksiyaları həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə şamil olunmur.
banner

Oxşar Xəbərlər