• cümə axşamı, 28 mart, 23:06
  • Baku Bakı 13°C

ABŞ-dan Azərbaycana və Ermənistana çağırış

20.11.14 10:57 1109
ABŞ-dan Azərbaycana və Ermənistana çağırış
“Dağlıq Qarabağda erməni helikopterinin vurulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də, ABŞ Dövlət Departamenti də münasibət bildirib. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu vertolyotun vurulmasına səbəb olan hadisələrə görə təəssüflənirik”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.
“Biz tərəfləri münaqişəni dinc yolla nizamlamağa çağırırıq. Prezidentlərin Soçidə, Uelsdə və Parisdə keçirilən görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu. Biz tərəfləri bu razılaşma və irəliləyişləri davam etdirməyə, bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq”, - deyə diplomat bildirib.
banner

Oxşar Xəbərlər