• cümə, 29 Mart, 13:39
  • Baku Bakı 14°C

ABŞ Dağlıq Qarabağa yardımı davam etdirəcək

10.07.15 15:55 1773
ABŞ Dağlıq Qarabağa yardımı davam etdirəcək
ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Dağlıq Qarabağa ayrılan yardımların davam etdirilməsini məqbul sayıb.
APA-nın “armenpress.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Erməni Milli Konqresi (ANCA) məlumat yayıb.
Məlumatda deyilir ki, komitə üzvləri Dağlıq Qarabağda yaşayan insanlara humanitar yardımları nəzərdə tutan bu təklifə səs veriblər.
Komitə Ermənistan üçün 20,06 milyon dollar humanitar yardım, 1,7 milyon dollar xarici hərbi yardım, 600 min dollar isə beynəlxalq hərbi təhsil və təlim çərçivəsində yardım ayrılmasını təklif edib.
Azərbaycan və Gürcüstana müvafiq olaraq 8,778 milyon dollar və 54 milyon dollar iqtisadi yardım nəzərdə tutulub. Komitə Azərbaycan və Ermənistana bərabər şəkildə hərbi yardımın ayrılmasını da təklif edib.
banner

Oxşar Xəbərlər