• cümə axşamı, 25 aprel, 04:07
  • Baku Bakı 19°C

ABŞ-dakı soydaşlarımız ermənilərin aksiya planını pozublar

20.07.20 10:45 429
ABŞ-dakı soydaşlarımız ermənilərin aksiya planını pozublar
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın bu ölkədəki Səfirliyinin binasının önündə Birləşmiş Ştatların müxtəlif ştat və şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə ermənilər üz-üzə gəliblər.
"Report"un yerli bürosu xəbər verir ki, ermənilərin Azərbaycanın səfirlik binasının önündə aksiya keçirəcəyini bilən həmvətənlərimiz ölkəmizə dəstək üçün səfirlik binasının önünə toplaşıblar.
Onlar bayraqlarla səfirlik binasının önünə sipər çəkiblər. Həmvətənlərimiz bununla belə ermənilərin təhrikediçi davranışları qarşısında təmkinli olmağa çalışıblar. Aksiya insidentsiz ötüşüb.
Ermənilər azərbaycanlıların səsləndirdikləri faktlar qarşısında səssiz qalıblar. Üç saatdan çox davam edən vəyüzlərlərlə azərbaycanlının iştirak etdiyi aksiyaya qarşı tərəfdən cəmi30-35 erməniqatılıb. İştirakçılar arasında Cənubi Azərbaycandan və Türkiyədən, eyni zamanda ABŞ ictimaiyyətindən xeyli sayda dəstəkçi olub. Aksiyada nümayişçilər"Ya Qarabağ, ya ölüm!”, "Azərbaycan, biz səninləyik!", "Azərbaycan torpaqlarından əl çəkin!”, "Erməni terroruna son!”şüarlarını səsləndiriblər. Plakatlarda erməni təxribatlarının əks olunduğu tarixi faktlar, ermənilərin təcavüzü nəticəsində qətl edilən körpələrin şəkilləri yer alıb.
Azərbaycanın ABŞ-dakı səfirElin Süleymanovsoydaşlarımızı səfrliyin binasında qəbul edib. Diplomat onlara nümayiş etdirdikləri vətənpərvərliyə görə Azərbsaycan dövləti adından təşəkkürünü bildirib.
banner

Oxşar Xəbərlər