AZE | RUS | ENG |

ABŞ-dakı diaspor təşkilatımız “MasterCard”a qarşı aksiyaya başlayıb

ABŞ-dakı diaspor təşkilatımız “MasterCard”a qarşı aksiyaya başlayıb
ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatı “ABŞ Azərbaycanlıları Şəbəkəsi” (USAN) “MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi səhifəsində Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan ərazisi kimi təqdim olunmasına qarşı hər bir kəsi etirazını bildirməyə çağırıb. “APA-Economics” xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində yayılan müraciətdə bildirilir. USAN hər bir kəsi bu məsələyə biganə qalmayaraq, şirkətin səhifəsində etiraz məktubu yazmağı çağırıb. Müraciətdə qeyd olunur ki, “MasterCard”a 100 etiraz məktubu daxil olduğu halda, şirkət bu məsələyə diqqət ayırmalı olacaq. Xatırladaq ki, “MasterCard” öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib. “MasterCard”ın saytında “Ermənistan” bölməsində “ATM Locator” (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən şəhərlər arasında “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. rast gəlmək olar. Qeyd olunan ərazilərdə “MasterCard”ın xidmətlərindən istifadə etmək mümkündür.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8931
GEL 1 1 Gürcüstan larisi 0.6302
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1934
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1784
CHF 1 1 İsveçrə frankı 1.6666
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2862