• cümə, 19 Aprel, 15:03
  • Baku Bakı 25°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

22.09.18 13:21 576
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC"Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 1053 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 118 ədəd çoxalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd azalaraq 866 olub. Bu, ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 122 ədəd artıb. Qarışıq fəaliyyət göstərən qazma qurğularının sayı da 1 ədəd geriləyib.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 186 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 4 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər